3-cü MDB Oyunlarının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir.
Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.
MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.