AZ

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi – FOTOLAR 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycan Təbib Birliyi (TƏBİB) ilə birgə Bakıda azərbaycanlı həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil edib.

22–25 sentyabr 2025-ci il tarixlərində keçirilən proqramda Ankara və Konya şəhərlərindən gəlmiş 3 nəfərlik həkim heyəti ilə yanaşı, 30 azərbaycanlı həkim və tibb mütəxəssisi iştirak edib. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Ankara Bilkent Şəhər Xəstəxanasının Urologiya şöbəsinin həkimi, dosent Yusuf Kasap çıxışında bildirib:
“TİKA-nın təşkil etdiyi bu təlim proqramları sayəsində Türkiyənin böyrək daşı müalicəsi və böyrək transplantasiyası sahəsindəki təcrübəsini qardaş Azərbaycanla bölüşür, eyni zamanda azərbaycanlı həmkarlarımızdan da öyrənirik. Burada olmaqdan böyük məmnuniyyət duyuruq.”

Sertifikatların təqdimat mərasimində çıxış edən TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik  bildirib:
“Azərbaycan daim inkişaf edən bir səhiyyə sektoruna malikdir və bu sahədə mühüm addımlar atılır. Biz də TİKA olaraq Türkiyənin səhiyyə sahəsindəki təcrübəsini paylaşmaqla bu inkişaf prosesinə dəstək göstərməyə çalışırıq.”

image-img-20250925-wa0160 image-img-20250925-wa0158 image-img-20250925-wa0156 image-img-20250925-wa0154 image-img-20250925-wa0152 image-img-20250925-wa0150 image-img-20250925-wa0148 image-img-20250925-wa0146 image-img-20250925-wa0144 image-img-20250925-wa0142 image-img-20250925-wa0140 image-img-20250925-wa0138

Seçilən
1
2
moderator.az

3Mənbələr