Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) 2025-ci ilin avqust ayına dair şirkət və istehlakçı kreditlərinin aylıq dəyişimini açıqlayıb.
Banco.azxəbər verir ki, buna görə, illik əsasda iyul ayında 2,8 faiz artan şirkət kreditləri avqustda 3 faiz yüksəlib. Beləliklə, Avrozonadakı şirkətlərin yeni kreditlərə olan tələbi 2023-cü ilin iyun ayından bəri ən yüksək artımı qeydə alıb.
İstehlakçı kreditləri isə həmin ay ötən illə müqayisədə 2,5 faiz artıb. İyul ayında istehlakçı kreditləri 2,4 faiz artmışdı.
Avqustda M3 pul kütləsi illik əsasda 2,9 faiz artaraq analitiklərin 3,3 faizlik proqnozundan geri qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!