Dünya Alpaqut Federasiyası (World Alpagut Federation) tərəfindən Azərbaycanda Alpaqut idman növünü inkişaf etdirmək məqsədilə Tural Abasquliyevin Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin prezidenti vəzifəsinə seçilməsi təsdiq edilmişdir.Qeyd edək ki, bu nümayəndəlik İctimai əsaslarla fəaliyyət göstərən Azərbaycan Alpaqut Federasiyasıdır.Bu qərar, Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyətinin üzvlərinin müvafiq tələbləri əsasında irəli sürülmüşdür. Tural Abasquliyev, Alpaqut idmanının inkişafı və yayılması istiqamətindəki fəaliyyətləri ilə tanınmışdır və onun rəhbərliyi altında Azərbaycan Nümayəndəliyinin daha da güclənməsi ölkədaxili və beynəlxalq platformada uğurlu iştirak etməsi gözlənilir.DAF, Tural Abasquliyevin liderliyi altında Alpaqutun dəyərlərini və prinsiplərini ölkəmizdə daha geniş auditoriyaya çatdırmağı hədəfləyir. Tural Abasquliyev, Alpaqutun tanınması və inkişaf etdirilməsi üçün müvafiq strategiyalar hazırlamağa və icra etməyi planlaşdırır.Tural Abasquliyevi bu yeni vəzifəsi münasibətilə təbrik edir, ona müvəffəqiyyətlər arzulayırıq!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta