AZ

Elm adamları dünyada ən böyük sağlamlıq təhlükəsini açıqladılar

Ürək və qan damarları xəstəlikləri dünyada hər üç insandan birinin ölümünə səbəb olur və ən geniş yayılmış ölüm səbəbi hesab olunur.

E-saglam.az xəbər verir ki, bu barədə məlumat Vaşinqton Universitetinin apardığı Qlobal Xəstəlik Yükü araşdırmasının nəticələrinə əsasən “JACC Journals”da dərc edilib.

Tədqiqatçılar 1990–2023-cü illər arasında 204 ölkədə 376 xəstəliyə dair məlumatları analiz ediblər. Nəticələr göstərib ki, ürək-damar xəstəliklərindən ölüm halları 1990-cı ildə 13,1 milyon idisə, 2023-cü ildə bu rəqəm 19,2 milyona yüksəlib.

Əsas ölüm və əlillik səbəbi olan ürək-damar xəstəliklərinə koronar ürək xəstəliyi, beyin daxili qanaxma, işemik insult və yüksək təzyiq daxildir.

Alimlər vurğulayırlar ki, bu problemlərin təxminən 80%-i qarşısı alına bilən risk faktorları ilə bağlıdır. Onlara bunlar daxildir:

piylənmə,

yüksək qan şəkəri,

yüksək qan təzyiqi,

yüksək xolesterin səviyyəsi.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr