AZ

Sabiq MTN polkovniki saxlanılıb

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl saxlanılıb.

APA xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Onun polis tərəfindən saxlanıldığı bildirilir.

Hələlik barəsində qətimkan tədbiri yoxdur.

İlkin məlumata görə, o, xaricdə yaşayan oğlu ilə əlbir olaraq vətəndaşa qarşı dələduzluq əməlində ittiham olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Seçilən
17
9
aznews.az

10Mənbələr