AZ

Qazaxıstan və İran Astara üzərindən dəniz daşımalarının həcminin artırılmasını nəzərdən keçirir

Abşeron rayonunda bacısı qızını öldürməkdə təqsirləndirilən Şakir Rzayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Şakir Rzayev törətdiyi əməldə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 30-u saat 13 radələrində Abşeron rayonunun Masazır kəndində baş verib. Kənddə 38 yaşlı Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 58 yaşlı Şakir Rzayevin bıçaqla xəsarətlər yetirərək bacısı qızı Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Şakir Rzayevə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Seçilən
2
avtosfer.az

1Mənbələr