AZ

Sabiq “Fənər”li komanda yoldaşına şillə vurdu - OYUNDAN ATILDI - VİDEO

Türkiyə I Liqasında “Sakaryaspor” səfərdə “Pendikspor”a 1:4 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, qonaqların təcrübəli futbolçusu Caner Erkin görüşdə mübahisəli epizodla yadda qalıb.

36 yaşlı sol cinah müdafiəçisi matçın 76-cı dəqiqəsində komanda yoldaşı Burak Altıparmağa şillə vurub.

Baş hakim bu hərəkətə görə Erkinə birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Caner Erkin “Fənərbaxça”, “İnter”, “Beşiktaş” və “Qalatasaray” kimi klublarda çıxış edib və mövsümün əvvəlində “Sakaryaspor”a transfer olunub.

"Fənərbaxça"da kritik iclas: Saran Tedesko ilə görüşür

“Siti” və “Arsenal” 1/8 finalda

Məşhur baş məşqçinin evi qarət olunub

“El Klasiko”nun vaxtı bəlli oldu

“Liverpul”da ciddi itki - ÇARPAZ BAĞLARI QOPDU

Seçilən
21
apasport.az

1Mənbələr