AZ

Cənubi Koreya Respublikasının prezidenti: "Şimali Koreya ABŞ-ni vurmağa qadir qitələrarası ballistik raket yaratmağa yaxındır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şimali Koreya hakimiyyəti ABŞ-yə zərbə endirməyə qadir qitələrarası ballistik raketi hazırlamağa yaxındır, onlara atmosferə yenidən daxil olma texnologiyasına yiyələnmək qalır".
Oxu.Az-ın "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya Respublikasının Prezidenti Li Çje Myon deyib.
"Görünür ki, Şimali Koreya rejimi dəstəkləmək üçün kifayət qədər nüvə bombası yaradıb. Onlar demək olar ki, nüvə bombasını ABŞ ərazisinə çatdıra biləcək qitələrarası ballistik raket texnologiyasının son mərhələsinə çatıblar", - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, Pxenyanın gələcəkdə nüvə texnologiyalarını üçüncü ölkələrə ötürmə riski kifayət qədər yüksəkdir.
Seçilən
39
15
oxu.az

10Mənbələr