AZ

Yəməndə İsrail zərbələri nəticəsində ölən və yaralananların sayı artıb

Yəmənin paytaxtı Sənaya endirilən İsrail hava zərbələri nəticəsində xəsarət alanların sayı 142-yə yüksəlib.

Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlarda azı səkkiz nəfər həyatını itirib.

Məlumatda bildirilir ki, yaralıların bir hissəsinin vəziyyəti ağırdır və xəstəxanalarda tibbi yardım göstərilir.

İsrail tərəfi hücumlarla bağlı hələlik açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr