“Bayern”in hücumçusu Harri Keyn 2026-cı ilin yayında komandadan ayrıla bilər.
Sportinfo.az “Daily Star”-a istinadən xəbər verir ki, ingiltərəli forvard növbəti mövsümdən etibarən özü istədiyi halda aktivləşəcək xüsusi sərbəstqalma maddəsindən istifadə edə bilər.
32 yaşlı hücumçunun xidmətində ən çox maraqlı olan klub “Mançester Yunayted”dir.
“Qırmızı şeytanlar” 2023-cü ildə də Keyni almağa cəhd göstərib, ancaq “Tottenhem” rəhbərliyi onu prinsipial rəqibinə satmaqdan imtina etmişdi.
Keyn cari mövsümdə bütün turnirlərdə 7 matçda 13 qol vurub, 3 məhsuldar ötürmə verib.