“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Rayo Valyekano” üzərində 3:2 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın hücumçusu Xulian Alvaresin oyundakı performansını qiymətləndirib:
“Alvares bizim ən yaxşı oyunçumuzdur, onun qayğısına qalmalı və onu uzun illər komandada saxlamaq üçün hər şeyi etməliyik. Onun daha da yaxşılaşmasına kömək etməliyik”.
Argentinalı forvard 80-ci dəqiqədə hesabı bərabərləşdirib və 8 dəqiqə sonra isə Madrid klubunun hesabda üstünlük əldə etməsinə səbəb olub. “Atletiko” 6 oyundan sonra 9 xalla La Liqanın turnir cədvəlində 9-cudur.