Saçların ağarması – zamanla hər kəsə təsir edən təbii qocalma prosesidir.
Far.Az xəbər verir ki, bu prosesi ləngitmək və saçların sağlamlığını daha uzun müddət qorumaq üçün bir sıra üsullar mövcuddur.
1. Qidalanma
Saçların sağlam qalması üçün vitamin və minerallar vacibdir. Xüsusilə B qrupu vitaminləri, sink, mis və dəmir mühüm rol oynayır. Giləmeyvə, qoz-fındıq və yaşıl tərəvəzlər kimi antioksidantlarla zəngin qidalar sərbəst radikallarla mübarizə apararaq saçların qocalmasını ləngidir.
2. Stressdən uzaq durmaq
Daimi əsəbilik və gərginlik saçların vaxtından əvvəl ağarmasına səbəb ola bilər. Meditasiya, relaksasiya üsulları və fiziki aktivlik stressi azaldaraq saçların sağlamlığına müsbət təsir göstərir.
3. Saçlara qulluq
Yumşaq şampun və balzamların istifadəsi, həmçinin fön və ütü kimi istilik təsirini minimuma endirmək saçları güclü saxlayır və zədələnmədən qoruyur.
4. Təbii yağların istifadəsi
Kokos, gənəgərçək və argan yağı saç dərisini qidalandırır, saçları möhkəmləndirir və onların təbii piqmentini dəstəkləyir.
5. Həkimə müraciət
Bəzən erkən ağarma vitamin çatışmazlığı, hormonal dəyişikliklər və ya qalxanabənzər vəz xəstəlikləri ilə bağlı ola bilər. Belə hallarda düzgün müalicə və qidalanma prosesi ləngidə bilər.