Dünən nə yediyinizi unutduğunuz halda, on il əvvəlki adi bir günü hələ də xatırlaya bilərsiniz. Boston Universitetindən alimlər beyin yaddaşımızın bu sirrini açıb.
News24.az xəbər verir ki, yeni araşdırmaya görə, beynimiz önəmli anların yanında olan adi anları yadda saxlayır.
Beyin nəyisə yaddaşda təsadüfi saxlamır. Böyük hadisədən əvvəlki anları, hadisə ilə əlaqəli olduqda daha çox yadda qalır. Böyük hadisədən sonra isə yaddaş güclü duyğularla bağlı olaraq formalaşır.
Bu kəşf gələcəkdə yaddaş problemlərinin müalicəsi və təhsil metodlarının təkmilləşdirilməsi üçün böyük ümidlər vəd edir.
Xeyrənsə Piriyeva