AZ

“Arsenal”ın 21 yaşlı yetirməsi dünyasını dəyişib

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Arsenal” akademiyasının yetirməsi Billi Viqar 21 yaşında vəfat edib.

İdman.biz bildirir ki, futbolçu sentyabrın 20-də “Çiçester Siti” - “Uinqeyt” matçı zamanı başından zədə alıb.

“Billi Viqarın vəfatı xəbəri ilə dərindən sarsıldıq. Bu inanılmaz çətin zamanda onun ailəsinə, dostlarına, sevdiklərinə və “Çiçester Siti” Futbol Klubunda hər kəsə dərin hüznlə başsağlığı veririk”, - İngiltərə Futbol Assosiasiyasının bəyanatında deyilir.

Oyun 15-ci dəqiqədə Vigar yıxıldıqdan sonra başı yerə möhkəm dəyincə dayandırılıb. Ona ilkin tibbi yardım göstərilib və sonra helikopterlə xəstəxanaya aparılıb. Oyunçu komaya düşüb.

Viqar “Arsenal”ın gənclər komandalarında oynayıb, 18 yaşadək futbolçular üçün 22, 21 yaşlılar üçün isə 5 oyuna çıxıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
icma.az

5Mənbələr