AZ

Tedesku “Fənərbağça”dan gedir?

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Fənərbağça” klubunda yenidən baş məşqçi ayrılığı baş verə bilər.

Futbolpress.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbərliyi Domeniko Tedesku və idman direktoru Devin Özekin fəaliyyətindən narazıdır və hər iki şəxslə yolları tez bir zamanda ayırmaq niyyətindədir.

Baş məşqçi postu üçün əsas namizəd kimi Aykut Kocaman göstərilir. Bundan başqa, sabiq qapıçı Volkan Demirelin də kluba idarəçi rolunda qayıdacağı gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça” mövsümə Xose Mourinyu ilə başlamışdı. Onun gedişindən sonra komandaya Domeniko Tedesku rəhbərlik edib. Lakin italiyalı mütəxəssis İstanbul təmsilçilərini cəmi 4 oyuna çıxarıb ki, komanda bu görüşlərdən yalnız birində qələbə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
futbolpress.az

1Mənbələr