AZ

Tez-tez sidik ifrazının səbəbi açıqlandı

Elmi tədqiqatlar göstərir ki, bədəndə maqnezium çatışmazlığı həddindən artıq aktiv sidik kisəsi (OAB) riskini artıra bilər.

E-saglam.az xəbər verir ki, bu nəticəyə Çin alimləri 2005–2018-ci illər arasında Milli Sağlamlıq və Qidalanma Müayinəsi Araşdırması (NHANES) çərçivəsində toplanan 28 mindən çox amerikalı yetkin insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər. Nəticələr "Scientific Reports" jurnalında dərc olunub.

Həddindən artıq aktiv sidik kisəsi tez-tez və qəfil sidik ifraz etmək istəyilə müşayiət olunur və həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Alimlər Maqnezium Tükənmə İndeksini (CRI) hesablayaraq OAB simptomları ilə əlaqələndiriblər. Hər əlavə CRI balı xəstəliyə yoluxma ehtimalını 9% artırır. Orta və yüksək CRI səviyyəsi olan insanların OAB problemi yaşama ehtimalı aşağı CRI səviyyəli insanlarla müqayisədə 17–20% daha çoxdur.

Araşdırmada qeyd olunur ki, bu assosiasiya xüsusilə 40–60 yaş arası qadınlarda, obez şəxslərdə və siqaret çəkməyənlərdə özünü göstərir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr