BAKI, 26 sentyabr. TELEQRAF
Qərb ölkələrinin sakinləri Rusiya ilə birbaşa münaqişəyə girmək istəmirlər.
Teleqraf xəbər verir ki, bu fikri “X” sosial şəbəkəsində Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor bölüşüb.
“Heç kimdə Rusiya ilə müharibəyə girmək üçün həqiqi maraq yoxdur. NATO iflasa uğrayıb”, - keçmiş hərbçi yazıb.
O vurğulayıb ki, Avropa xalqlarının da Moskva ilə müharibə etmək istəyi yoxdur.