AZ

QHT sədri: “Ölkəmizdə aqronom və mühəndislərə böyük ehtiyac var”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında iqtisadi inkişafla bağlı yeni trendlərə diqqət çəkib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən dəyişikliklər artıq Azərbaycanda da ixtisaslara olan tələbatı artırır. Ekspert bildirib ki, xüsusilə yaşıl enerji, alternativ enerji, süni intellekt, innovasiya texnologiyaları və aqrar sahədə tətbiq olunan yeniliklər kadr hazırlığında prioritet istiqamətlərə çevrilməlidir:

“Bu gün ölkəmizdə mühəndislərə, xüsusilə aqrar sahə mühəndislərinə böyük ehtiyac var. Hətta mən hesab edirəm ki, bu gün bizə aqronomlara böyük ehtiyac var. Kənd təsərrüfatı inkişaf edir, lakin məhsuldarlıq kifayət qədər yüksək deyil. Həmçinin şəbəkə təhlükəsizliyi və İT mühəndisliyi sahəsində ixtisaslı kadrlara ciddi tələbat var. Texnologiya inkişaf etdikcə bu sahələrdə geniş peşə və ixtisas birliklərinə ehtiyac yaranır”.

Ekspertin fikrincə, ölkənin iqtisadi inkişafında rəqabətədavamlı kadrların hazırlanması strateji əhəmiyyət kəsb edir.

 

Pərvanə Fərhadqızı

Seçilən
85
qht.az

1Mənbələr