AZ

Krasnodarda neft emalı zavodunda yanğın baş verib

Rusiyanın Krasnodar diyarında Afipski Neft Emalı Zavodunda yanğın baş verib.

“İki sahil” xəbər verir ki, yanğınla bağlı regional fövqəladə hallara qarşı mübarizə qərargahı məlumat yayıb.

Qeyd olunub ki, alov yerə düşən pilotsuz uçuş aparatının dağıntıları nəticəsində başlayıb.

"Pilotsuz uçuş aparatının qalıqları qurğulardan birinin üzərinə düşüb. Yanğın 30 kv.m ərazini əhatə edib. Yanğın artıq söndürülüb, hadisə yerində fövqəladə hallar və xüsusi xidmət orqanları işləyir", - məlumatda qeyd olunur.

Yaralılar barədə məlumat verilməyib.

Seçilən
5
ikisahil.az

1Mənbələr