AZ

Kritik dönəm və demarş TƏHLİL

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AFFA-da dəngələr dəyişir…

Milliyə baş məşqçi təyinatı düşündüyümüzdən daha əhəmiyyətli və “strateji məsələ” olduğundan qərar üçün qızğın rəqabət başlamışdı. Qərarın yubanması isə suallar doğururdu.

Görünməyən çəkişmədə üstünlüyü əcnəbi məşqçi istəyənlər ələ almışdı. Artıq Robert Prosineçki və s. adlar ətrafında təbliğat qurulmuşdu.

Bu haqda son məqalədə də qeyd etmişdik – “yerli” və “əcnəbi” cəbhələrinə ayrılan AFFA rəhbərliyində xaricdən mütəxəssis dəvət etməyin tərəfdarları üstünlüyü ələ almış kimi görünürdü.

Hətta bu məsələlərdə baş rolda olan baş katib Cahangir Fərəcullayevin bir neçə gün xaricdə olması qeyd olunan ehtimalı qabardırdı…

Hələ İslandiyadakı “faciədə” (0:5), “Santuş istefa verməsə, lazımi addımlar atılacaq” açıqlamasıyla diqqət mərkəzinə düşən baş katib portuqaliyalının qovulmasından sonra şəxsi və AFFA-nın imici baxımından kifayət qədər “xal toplamışdı”.

Və qeyd edək ki, Fərəcullayev “yerli” mövqeyində olanların tərəfindədir.

Bunlara rəğmən, onun bir neçə gün xaricdə olması, “əcnəbi”çilərin üstünlüyünə işarə kimi səciyyələndirilə bilərdi – ki, qərar verilib və o da baş katib kimi vəzifəsini icra etməyə məcburdur; danışıqlar üçün ezam edilib və s.

O başqa məsələ ki, Cahangir bəyin xaricə səfəri əslində baş katiblərin konfransında iştirak məqsədilə olmuşdu…

***

Əldə etdiyimiz son məlumatlar və təhlillərimiz nəticəsində iddia etmək olar ki, AFFA-da davam edən passiv mübarizədə “yerli”çilər üstünlük əldə edib. Dünən saytımıza açıqlamasında Ayxan bəy də təsdiqlədi, AFFA ilə danışıqlar davam edir.

Halbuki Abbasovun şərtlərlə razılaşmadığı və danışıqların başa çatdığı haqda xəbərlər dolaşırdı.

Daha dəqiq ifadə etsək, AFFA və Abbasov arasında danışıqlar yenidən aktivləşib.

Bu təqdirdə, “yerli”çilərin üstünlüyü ələ aldığını iddia edə bilərik.

Bu da o deməkdir ki, Abbasov və ya digəri – milli komandanı böyük ehtimalla azərbaycanlı məşqçi çalışdıracaq.

Bəllidir ki, Santuş mövzusunda reputasiyası yaxşılaşmış Fərəcullayev&Co bu üstünlüyü əldən buraxmaq istəməz/istəməməlidir. İctimaiyyətin rəğbətini qazanmaq üçün Santuşdan sonra yerli baş məşqçi təyin etmək prioritet xətt idi.

Yerli təyinatı rəsmiləşsə, bu həm də AFFA-nın strukturizasiya baxımından böyük ölçüdə təmərküzləşməsinə gətirib çıxara bilər.

Bir növ, arzulanan “çistka” prosesinin kuliminasiya nöqtəsi…

Zamana buraxaq və baxaq.

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
futbolpress.az

1Mənbələr