AZ

Bu, Rusiyanı müharibəni bitirməyə məcbur edəcək qədər...

Axar.az saytına istinadən ain.az xəbər verir.

Əvvəllər Ukrayna demək olar ki, tamamilə Qərb müttəfiqlərinin silah idxalından asılı idi. İndi isə müharibə aparan ölkə hər il milyonlarla dron — həm böyük, həm də kiçik və digər silah növləri istehsal edir. Onlar ilk növbədə cəbhədə istifadə olunur və bu il rusların böyük uğurlar qazanmasının qarşısını alır.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri yazıb.

Qeyd olunur ki, Ukrayna dəniz dronlarının köməyi ilə Qara dənizi rus gəmilərindən azad edib:

“Həmçinin onlar Rusiyanın dərinliklərindəki uzaq hədəflərə zərbələr endirmək üçün də istifadə olunur. O qədər tez-tez tətbiq edilir ki, bir çox ukraynalılar əmindir: zərər Moskvanı müharibəni bitirməyə məcbur edəcək qədər ciddi ola bilər.

Məsələn, bu yaxınlarda yenidən dünyanın ən iri qazkimya komplekslərindən biri və benzinlə dizelin mühüm mənbəyi sayılan Həştərxandakı “Qazprom” qazemalı zavoduna zərbə endirildi. Digər zərbə isə Bryanskdakı neft kəmərinin mühüm hissəsinə dəydi. Bu optimizmi Ukrayna Pezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampa da çatdırıb. Tramp isə administrasiyasının kursunu yenidən dəyişərək bəyan edib ki, Ukrayna vuruşmaq və bütün ərazilərini ilkin vəziyyətdə geri qaytarmaq gücündədir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
axar.az

2Mənbələr