AZ

“Azeri Light” markalı neft 0,4% bahalaşaraq 72,43 dollar olub

Azərbaycan neftinin “Azeri Light” markalı bir bareli dünya bazarında 0,29 ABŞ dolları və ya 0,40% bahalaşaraq 72,43 ABŞ dollarına satılıb. Bu barədə məlumatı bazar mənbələri “Report”a təsdiqləyib.

Türkiyənin Ceyhan limanında FOB bazasında eyni markalı neftin qiyməti 0,29 dollar və ya 0,41% artaraq 70,89 dollar olub.

Eyni vaxtda, “Brent” markalı neftin noyabr fyuçersləri 70,54 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

“Azeri Light” neftinin indiyədək ən aşağı qiyməti 15,81 ABŞ dolları ilə 2020-ci ilin aprelin 21-də, ən yüksək qiyməti isə 149,66 ABŞ dolları ilə 2008-ci ilin iyulunda qeydə alınıb.

Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunur. Hasilat müqaviləsində Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın payı 31,65%-dir.

Seçilən
12
anews.az

1Mənbələr