AZ

Ter-Petrosyandan seçkilərlə bağlı qərar

BAKI, 26 sentyabr. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyası 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə partiya sədrinin müavini Levon Zurabyan məlumat verib.

Sədr müavini partiyanın seçkilərlə bağlı digər siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu bildirib: “Erməni Milli Konqresi əsas rola can atmır, sadəcə digər qüvvələrlə əməkdaşlığa hazırdır”.

Zurabyan Ter-Petrosyanın seçkilərdə “mühüm rol” oynayacağını iddia edib.

Həmçinin o etiraf edib ki, hazırda Ermənistanda müstəqil olaraq hakimiyyət dəyişikliyinə nail ola biləcək qüvvə və partiya yoxdur.

Seçilən
81
teleqraf.com

1Mənbələr