ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə apardıqları danışıqlarda "Boeing" təyyarələrinin tədarükü ilə bağlı razılığa gəliblər.
"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak məlumat verib.
O, görüşdən sonra Ağ Evin mətbuat hovuzunda jurnalistlərə deyib: "Razılaşma tamamlandı".
Diplomat, əlavə məlumat verməyib.