AZ

Türkiyəli müğənni faciəli şəkildə öldü - FOTO

51 yaşı Türkiyəli müğənni Güllü ölüb.

Milli.Az xəbər verir ki,  bu barədə məlumatı oğlu yayıb.

O, anasının eyvandan yıxılaraq öldüyünü deyib:

"Kədərli xəbərləri paylaşmaq üçün bu mesajı dərc edirəm. Anamı, hörmətli sənətçi Güllünü bu gecə faciəli qəzada itirdik. Sosial şəbəkələrdə yayılan özünə qəsd xəbərləri yalandır. Dəfnlə bağlı yenilikləri paylaşacam. Başsağlığı verirəm".

Qeyd edək ki, Güllü şəxsi həyatı ilə də tez-tez gündəmdə olub, bir neçə evlilik və boşanma yaşayıb. Uzun illər artıq çəkidən əziyyət çəkən müğənni 2017-ci ildə mədə əməliyyatı ilə xeyli çəki itirib. O, iki övlad anası idi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
48
1
milli.az

2Mənbələr