Donald Tramp azərbaycanlı jurnalist Vüsalə Abbasovanın ingiliscə verdiyi sualı yenidən başa düşməyib.
KONKRET.az xəbər verir ki, kuryoz ABŞ prezidentinin Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı baş verib.
Müxbir: Siz bir neçə ay əvvəl Əliyev və Paşinyanla görüşmüsünüz…
Tramp (təəccüblə): Hara?
Müxbir: Siz Azərbaycan prezidenti Əliyev və Paşinyanla görüşmüsünüz. Bunu şərh edə bilərsinizmi?
Tramp (anlaşılmaz halda): Xeyr, bacarmaram.
Xatırladaq ki, oxşar hal Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə avqust ayında Ağ Evdə baş tutan görüşündə də baş vermişdi.
Bundan sonra ABŞ prezidenti 3 dəfə “Azərbaycan” sözünü “Aberbaijan” kimi tələffüz etmiş, Ermənistanı isə Albaniya ilə səhv salmışdı.