1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Polşa vətəndaşlarına Belarus ərazisini dərhal tərk etmək göstərişi verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Polşanın Minskdəki səfirliyi məlumat yayıb.
"Xarici İşlər Nazirliyi Belarus Respublikasına istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və hazırda Belarus ərazisində olan Polşa vətəndaşlarını mövcud kommersiya və şəxsi nəqliyyat vasitələrindən istifadə edərək dərhal ölkəni tərk etməyə çağırır", - deyə diplomatik missiyanın açıqlamasında qeyd olunub.
Bildirilir ki, bu xəbərdarlıq iki ölkə sərhədində vəziyyətin gərginləşməsi və Polşa vətəndaşlarının həbsləri ilə bağlıdır.