"Harri Potter" filminin ulduzu, britaniyalı aktrisa Emma Uotson karyerasındakı yeddi illik fasilənin səbəblərini açıqlayıb. Aktrisa xarici mediaya müsahibəsində uşaqlıqdan filmlərdə rol almağın onun psixi sağlamlığına mənfi təsir göstərdiyini bildirib:
"Düşünürəm ki, o qədər çox və səylə işlədim ki, sanki həyatımın sonuna çatdım. Çox qorxmuşdum. Hesab edirəm, dürüst və açıq danışmaq lazımdır, çəkilişlər üçün darıxmıram. Başa düşdüm ki, bu proses ruhumu dağıtdı".
Mətləb