AZ

“Arsenal”ın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi

İngiltərənin Gənclər Liqası “Chichester City”nin 22 yaşlı hücumçusu Billi Vigar matçda aldığı zədədən sonra vəfat edib.

“Qafqazinfo” ESPN-ə istinadən xəbər verir ki, o topun meydandan çıxmaması üçün mübarizə apararkən beton divara çırpılıb.

Ağır kəllə-beyin travması alan futbolçu dərhal xəstəxanaya çatdırılıb, koma vəziyyətinə salınıb və əməliyyat olunub. Lakin bütün səylərə baxmayaraq, o, dünyasını dəyişib.

Vigar 2017-ci ildə “Arsenal” akademiyasına qoşulmuş, 2022-ci ildə peşəkar müqavilə imzalamış, daha sonra “Derbi County” U-21, “Hastings” və “Eastbourne Borough”da icarə əsasında çıxış etmişdi. O, “Chichester City”nin heyətinə 2025-ci ildə qoşulub.

Həm “Arsenal”, həm də “Derbi County” futbolçunun vəfatı ilə bağlı başsağlığı verib.

"Cebheinfo.az" 

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr