AZ

Hindistan ABŞ-dən rus neftini İran nefti ilə əvəz etməyə icazə istəyib

Poliqon xəbər verir ki, Rusiya neftinin Hindistanın neft emalı zavodlarına kəskin azalması Nyu-Dehlini yeni alternativ mənbələr tapmağa məcbur edib. Bu çərçivədə Hindistan nümayəndə heyəti Vaşinqtona səfər edərək, ABŞ-dan İrandan və Venesueladan neft idxalına razılıq verilməsini xahiş edib. Bu barədə məlumatı Bloomberg agentliyi mənbələrinə istinadla yayıb. Lakin hələlik Vaşinqtonun cavabı barədə heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Hindistan nümayəndələrinin ABŞ-a səfəri, Vaşinqtonun Nyu-Dehliyə qarşı tətbiq etdiyi kəskin gömrük rüsumlarından sonra baş tutub. ABŞ bu addımı Hindistanın Rusiyadan neft almasını “cəzalandırmaq” məqsədilə atıb.

İran və Venesuela uzun müddətdir beynəlxalq sanksiyaların təsiri altındadır. Məhz bu səbəbdən Hindistan 2019-cu ildə İrandan, 2025-ci ildə isə ölkənin ən iri özəl emalçısı Reliance şirkəti Venesueladan neft alımlarını dayandırmışdı.

Hindistanın ticarət naziri Piyuş Goyal bu həftə açıqlamasında bildirib ki, ölkə ABŞ-dan daha çox enerji daşıyıcıları idxal etmək niyyətindədir. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Hindistan və Çini Rusiyadan endirimli qiymətlərlə neft almaqla Moskvanın Ukraynaya qarşı müharibəsini uzatmaqda maraqlı tərəflər kimi qiymətləndirib.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr