AZ

Azərbaycanda sığorta yığımları 1 mlrd. manatı ötüb

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında 1 milyard 48 milyon 74 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 119 milyon 964 min manat və ya 12,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603 milyon 414 min manata bərabər olub. Bu da illik müqayisədə 105 milyon 69 min manat və ya 21,1% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
banco.az

3Mənbələr