AZ

Yaşa görə pensiya alan tələbə nənə təqaüd də alacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycanda 78 yaşlı qadın tələbə adını qazanıb. Belə ki, 78 yaşlı Hicrət Yusifova Ordubad Peşə Liseyinə qəbul olunub. O, “Xalçaçı” ixtisası üzrə təhsil alacaq. Sözügedən qadın artıq yaşa görə təqaüd də alır. Bunu nəzərə alsaq, belə bir sual yaranır. 78 yaşlı tələbə qadın təhsil müəssisəsi tərəfindən tələbələr üçün nəzərdə tutulmuş təqaüddən yararlana biləcəkmi? Bu iki təqaüd növü bir birini məhdudlaşdırır?

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, qadının yaşa görə təqaüdü hazırda verilməyə davam edir və onun tələbə adını qazanması bu təqaüdü alması hüququnu məhdudlaşdırmır:

“Sözügedən qadın hazırda da pensiya alır. Onun təhsil müəssisəsinə qəbul olması bunu dəyişmir. Tələbə təqaüdünü alması isə bizimlə əlaqəli məsələ deyil. Xanımın tələbə təqaüdü alması ilə bağlı bizim tərəfimizdən hansısa məhdudiyyətin qoyulmasından söhbət gedə bilməz”.


Seçilən
17
1
news365.az

2Mənbələr