AZ

Rutte: NATO səmasına daxil olan Rusiya təyyarələri vurulmalıdır

Rutte:

“NATO üzvq olan dövlətlər “lazım gələrsə” sərhədlərini pozan rus təyyarələrini vurmalıdırlar”.

Reyting.az
-ın məlumatına görə, NATO baş katibi Rutte bu bəyanatını Vaşinqtonda verib.

Rutte bildirib ki, o, ABŞ prezidenti Trampın müttəfiqləri müdaxilələrə güclə cavab verməyə çağıran bəyanatı ilə “tam razıdır”.

Alyansın baş katibi qeyd edib ki, NATO qüvvələri müdaxilə edən hər bir təyyarənin ciddi təhlükə törətdiyini müəyyən etməyə kifayət qədər hazırdır.

“Alyans qüvvələri müdaxilə edən təyyarəni ciddi təhdid hesab edərsə, onu zərərsizləşdirməyə hazırdır”, - o əlavə edib.

Həmçinin, Hollandiyanın baş naziri Dik Şof “Bloomberq” agentliyinə müsahibəsində NATO üzvlərinin gələcəkdə Alyansın hava məkanını pozduğuna görə Rusiya təyyarəsini vura biləcəyi ehtimalını təsdiqləyib.

"Ruslar bilməlidirlər ki, NATO hava məkanına daxil olarsa, bu baş verəcək”, - Şof belə hərəkətləri “ciddi pozuntu” adlandırıb.

“Hər şey rusların ehtiyatsız hərəkətləri ilə başlayır və təbii ki, onlar riskə gedirlər”, - Şof deyib.

ELÇİN
Seçilən
1
reyting.az

1Mənbələr