AZ

Danimarkada üçüncü dəfə dron aşkarlanıb, hava limanı bağlanıb

Danimarkada

Danimarka hava limanlarından biri dron təhlükəsi səbəbindən yenidən bağlanıb. Bu, bir neçə gün ərzində üçüncü belə hadisədir.

Reyting.az
xəbər verir ki, 24 saat ərzində ikinci dəfə Olborq hava limanı üzərində hava məkanı bağlanıb.

Bunu “Ekstra Bladet” qəzetinə şərhində Şimali Yutlandiya polisinin rəisi Kristian Tilsted təsdiqləyib.

“Saat 23:40-da bağlandı və pilotsuz uçan aparatın aşkar oluna biləcəyinə dair bir şübhə var. Artıq orda polisimiz var idi və indi bir neçə əlavə bölmə gəlib. Biz bunun pilotsuz təyyarə olduğuna dair təsdiq almamışıq, lakin güman edilir ki, kimsə onu ərazidə görüb və buna görə də hava limanı hava məkanını bağlamaq qərarına gəlib”,- o bildirib.

Hadisə yerində olan şahidlərin məlumatına görə, çoxlu sayda asayiş keşikçisi aeroport ərazisində yerləşdirilib.

“Ancaq bu gecə səma çox ulduzludur, dünən olduğu kimi, səmada bir-birini ayırd etmək kifayət qədər çətin ola bilər, ona görə də ilk olaraq bunu yoxlamaq lazımdır. Hər halda, bir təyyarənin istiqaməti dəyişdirilib”, - növbətçinin sözlərini nəşr sitat gətirib.

Xatırladaq ki, 2025-ci il sentyabrın 21-dən 22-nə keçən gecə naməlum dronlar Kopenhagen hava limanını iflic edib.

Artıq sentyabrın 25-nə keçən gecə ölkə əhalisinin sayına görə dördüncü şəhəri olan Olborq hava limanı pilotsuz uçuş aparatları ilə bağlı xəbərlərə görə fəaliyyətini dayandırıb.

V. QULİYEV
Seçilən
4
reyting.az

1Mənbələr