AZ

Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən...

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacaq.

Fərmanın bu müddəası 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bəs paytaxtımızda ödənişli hərəkət zonalarının tətbiq edilməsinə səbəb nədir? Bu hansı zərurətdən irəli gəlir? Həmin zonalarda yaşayan sakinlərin avtomobillərin giriş-çıxışları necə tənzimlənəcək?

Hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov Referans.az-ın suallarını cavablandırıb.

Ərşad Hüseynov bildirib ki, fərman şəhərin mərkəzində hərəkət sıxlığını azaldacaq:

"Prezidentin fərmanından belə başa düşülür ki, iki hədəf var. Birinci hədəf şəhərin müəyyən yerlərində fərdi avtomobillərdən istifadəni azaltmaqla hərəkət sıxlığının qarşısının alınması, eyni zamanda şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasıdır. İkinci hədəf isə odur ki, ödənişli hərəkət zonalarından daxil olan pullar ilə ictimai nəqliyyatın subsiyalaşdırılması üçün əlavə vəsait əldə edilsin".

Nəqliyyat eksperti onu da bildirdi ki, fərmandan irəli gələn məsələlər tam şəkildə həllini tapandan sonra bütün suallara dəqiq cavab ala bilərik.

Seçilən
12
12
ekologiya.az

10Mənbələr