AZ

Fərhad Bədəlbəyli "Leyli və Məcnun" operası əsasında film çəkilməsini təklif edib » AzadMedia.az

Fərhad

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli "Leyli və Məcnun" operası əsasında film çəkilməsini təklif edib.

O, bu təkliflə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda çıxış edib.

"Leyli və Məcnun" sırf Ərəbistanla bağlıdır, biz niyə ərəbdilli ölkələrdə film-opera kimi çəkmirik? Bununla bağlı bugünkü tədbirdə iştirak edən ICESCO-nun Bakıda Regional Ofisinin direktoru Əbdülhakim Əl Sənana müraciət edirəm. Azərbaycanda əsər halında bu boyda sərvət var. Bundan niyə istifadə etməyək? Bu həmdə ərəblərin öz tarixidir. Mən sizi əmin edirəm, bu, bütün müsəlman dünyasına səs sala bilər. Bu edilməlidir, bu vacibdir", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində keçirilən forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə həyata keçirilir.

Seçilən
16
10
azadmedia.az

10Mənbələr