AZ

Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib…

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fantastik məbləğdə cərimə ödəyib.

KONKRET.az lent.az-a istinadla xəbər verir ki, Adnan Əhmədzadə yol hərəkət qaydalarını pozduğuna, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və bunu bir neçə dəfə təkrarladığına görə, 225 000 İsveçrə frankı ( günün məzənnəsi ilə 478 575 AZN) cərimə ödəyib.

İsveçrə mediasında həmin vaxt olayın təfərrüatları yazılıb.

Medianın yazdığına görə, Əhmədzadə Cenevrədə yol hərəkət qaydalarını pozduğu üçün əvvəlcə 10 000 İsveçrə frankı məbləğində cərimələnib və sürücülük vəsiqəsi əlindən alınıb.

Buna baxmayaraq, o, Yeni İli qeyd etmək üçün özünə məxsus “Audi” markalı avtomobillə yenidən Qondo sərhəd keçid məntəqəsindən İsveçrəyə daxil olub. Orada onu dərhal dayandırıblar, sərhədçilər onun sürücülük vəsiqəsi olmadan maşın sürdüyünü müəyyən ediblər. O, 1750 İsveçrə frankı məbləğində 130 gündəlik cərimə cəzasına məhkum edilib.

Cəmi bir ay sonra Əhmədzadə Simplon keçidində avtomobilinin yoxlanılması üçün yenidən saxlanılıb. Yuxarı Valais dövlət prokurorunun qərarına əsasən, “təqsirləndirilən şəxs sınaq müddəti ərzində eyni qaydada yenidən cinayət törədib və davranışına görə peşman olmayıb”.

Ona görə də onun gələcəkdə oxşar cinayətlər törətməsi istisna oluna bilməz.

Cenevrə ədliyyə orqanlarının təyin etdiyi üç illik dayandırılmış cərimə ləğv edilib.

Cəza əmrinə əsasən, Əhmədzadə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinib. O, ümumilikdə 225.000 CHF məbləğində cərimələnib.

Adnan Əhmədzadə isə bu cəriməni ödəyəndən sonra İsveçrəni tərk edə bilib.

Seçilən
7
32
konkret.az

10Mənbələr