AZ

Toya yeməyə gedirik, ya zəhərlənməyə? AÇIQLAMA

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəhərlənmə hallarının ən çox qeydə alındığı məkanlardan biri də şadlıq saraylarıdır. Eyni anda oturaq masa arxasında bir çox təamları eyni anda yemək insan sağlamlığı üçün bir çox risklər yarada bilər. 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, toyda istədikləri yeməkləri yesələr də adətən sağlamlıqlarında problem yaşamırlar. Bəzi şəxslər isə toydan narahatlıqlara görə məclislərdə daha az qidalanmağa diqqət edirlər. 

Bəs toyda necə qidalanaq ki hər hansı narahatlıq yaşamayaq? 

Məsələ ilə tibbi ekspert Adil Qeybulla açıqlama verərək bildirib ki, insanlar toyda qidalanmalarına fikir vermirlər:

"Zəhərlənmə halları 2 səbəbdən baş verir. Birincisi köhnə qidalara görə bu zaman səbəbkar toy sahibləri və şadlıq saraylarıdır. Digər səbəb isə insanların orqanizmini tanıya bilməyib çox yemək istəklərindən irəli gəlir. Toyda insanlar menyuda olan hər şeyi yemək məcburiyyətində deyil. Qida qəbulunu axşam yeməyinə uyğun qəbul etmək lazımdır". 

Bəs menyunu kim tərtib edir? 

Paytaxtda yerləşən şadlıq saraylarından birinin admini bildirir ki, biz də zəif menyuya üstünlük olmur:

"Toy menyusu bir növ rəqabətdir. "Qonşudan geri qalma" taktikası burda da işləyir. Toy menyusu nə qədər zəngin olsa, insanlar daha çox bəyənir. Çünki bizdə toya daha çox yeməyə gedirlər. Menyuda qonaqlara salatlar, kabablar, balıq və ardıcıl olaraq digər yeməklər təqdim olunur". 

Qeyd edək ki, həkimlər isə kababa nisbətən balıq təqdimatını daha uyğun görürlər. 

Asya

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
news.milli.az

4Mənbələr