AZ

Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“İki sahil” Komitəyə istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
19
ikisahil.az

10Mənbələr