AZ

Qəzzanın keçid hökumətinə Bler rəhbərlik edəcək

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler Qəzzanı idarə edəcək keçid administrasiyasına rəhbərlik edə bilər və o, artıq müharibədən sonrakı idarəetmə planı hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” jurnalı mənbələrə istinadən məəlumat yayıb.

Məlumata görə, o, müharibə başlayandan sonra vaxtaşırı Qəzzaya səfər edib:

“Belə bir idarəetmə orqanının məqsədlərindən biri ilk beş ildə Qəzzada ən yüksək siyasi və hüquqi orqan kimi fəaliyyət göstərmək üçün BMT mandatı əldə etməkdir. Mandat alan Toni Bler yeddi nəfərdən ibarət şura və 25 nəfərlik katiblik yaradacaq. Qurumun əməliyyat xərclərini ərəb dövlətləri öz üzərinə götürəcək. Böyük Britaniyanın keçmiş baş nazirinin namizədliyini Fars körfəzi ölkələrinin müəyyən liderləri və ABŞ prezidentinin kürəkəni Cared Kuşner dəstəkləyir”.

Seçilən
6
1
axar.az

2Mənbələr