AZ

Səfir Qüdsi Osmanov Konstansada beynəlxalq konfransda iştirak etdi

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov sentyabrın 24-25-də Rumıniyanın Konstansa şəhərində keçirilən “South East Europe EPC & Infrastructure” adlı konfransda iştirak edib.

Publika.az xəbər verir ki, diplomat çıxışında Asiya ilə Avropa arasında nəqliyyat və logistika layihələrinə toxunub, xüsusilə Orta Dəhliz layihəsinin əhəmiyyətini qeyd edib.

O, həmçinin daşımaları optimallaşdırılması və regional əməkdaşlığı gücləndirilməsi məqsədilə logistika proseslərinin rəqəmsallaşdırılması istiqamətində Azərbaycanda aparılan islahatlardan danışıb.

Tədbir “Creative Communication” şirkəti tərəfindən CAIR (Rumıniya Sahibkarlar və İnvestorlar Konfederasiyası), ACUE (Enerji Kommunal Şirkətləri Federasiyası), PATRES (Bərpa Olunan Enerji İstehsalçılarının İşəgötürənlər Təşkilatı), PSC (Tikinti Şirkətləri İşəgötürənlər Assosiasiyası), BRCCBU (Birləşmiş Millətlər Birliyi), UNTRR (Rumıniyadan Yol Daşıyıcıları) və USER (Rumıniya Ekspeditorlar Assosiasiyaları İttifaqı) ilə birgə təşkil olunmuşdur.

Tədbirdə Rumıniyanın dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının rəhbərləri, Konstansa limanının nümayəndələri, diplomatlar və ictimai xadimlər iştirak ediblər.

Seçilən
33
6
publika.az

4Mənbələr