AZ

“Aşarq Əl-Avsat”: HƏMAS Qəzzada müharibəyə son qoymaq təkliflərinə müsbət cavab verəcək

HƏMAS Qəzzada müharibənin dayandırılması ilə bağlı təkliflərə müsbət yanaşır.

Səudiyyə mətbuatı yazır ki, HƏMAS Qəzzada atəşkəs və müharibədən sonrakı idarəetmə planları üzrə təqdim olunan təklifləri müsbət şəkildə nəzərdən keçirməyə hazırdır. Mənbələrin bildirdiyinə görə, yaxın günlərdə ABŞ, ərəb və müsəlman ölkələri, eləcə də beynəlxalq tərəflərin zəmanəti ilə müvəqqəti atəşkəs razılaşması mümkündür.

Hazırda vasitəçilər vasitəsilə aparılan danışıqlar atəşkəs, blokadanın qaldırılması, humanitar yardım, infrastrukturun bərpası və gələcək idarəçilik mexanizmlərini əhatə edir. Mənbələr əlavə ediblər ki, HƏMAS sektorda idarəetmənin ötürülməsinə qarşı çıxmır və konsensus əsasında formalaşacaq istənilən həlli müzakirəyə açıqdır.

Seçilən
23
interpress.az

1Mənbələr