AZ

Azərbaycan və Estoniya XİN rəhbərlərinin dialoqu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-də estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşüb.

Nazirlər Azərbaycan və Estoniya arasında dialoqun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə intensivləşdirilməsinin vacibliyini vurğulayaraq, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını qeyd ediblər.

Ceyhun Bayramov Azərbaycanın regionda sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və Vaşinqton sammitinin yekunları barədə estoniyalı həmkarını məlumatlandırıb.

Tərəflər BMT və digər beynəlxalq platformalarda, ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.

XQ

Seçilən
7
22
xalqqazeti.az

10Mənbələr