AZ

Coğrafi reallıqları dəyişmək olmaz - Siyarto

Macarıstanın xarici işlər naziri ABŞ-ın Aİ-nin Rusiyanın enerji resurslarından imtina etməsi ilə bağlı çağırışlarını dəyərləndirib.

“İki sahil” xəbər verir ki, “Kommersant”a müsahibə verən  Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkəsi Avropa İttifaqını Rusiyanın enerji resurslarından imtina etməyə çağıran ABŞ-ın mövqeyini başa düşür. Bununla belə, coğrafi reallıqları dəyişmək olmaz.

“Mənim baş nazirim də bu yaxınlarda prezident Trampla telefonla danışıb, onlar bir çox məsələləri müzakirə ediblər... o cümlədən enerji təchizatı məsələsini”, deyə, Siyarto qeyd edib.

Nazir əlavə edib ki, o, bu məsələni “bu məsələdə anlayış nümayiş etdirən” ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edib.

Seçilən
1
ikisahil.az

1Mənbələr