AZ

Bu ölkədə hamilə qadınların iş vaxtı azaldıla bilər

Rusiyada hamilə qadınların iş rejiminin yüngülləşdirilməsi ilə bağlı yeni təşəbbüs gündəmə gətirilib.

News365.az xəbər verir ki, “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının deputatları Baş nazirin müavini Tatyana Qolikovaya müraciət edərək hamilə qadınların iş gününün 8 saatdan 6 saata endirilməsi və əməkhaqlarının tam ödənilməsi barədə təklif irəli sürüblər.

Deputatların fikrincə, bu dəyişiklik həm fiziki, həm də psixoloji yüklənməni azaldaraq hamiləlik dövrünün daha rahat keçməsinə şərait yaradacaq. Onların sözlərinə görə, hazırda bir çox iş yerlərində hamilə qadınların vəziyyəti nəzərə alınmır, bəzən isə işəgötürənlər onları işdən uzaqlaşdırmağa çalışır.

Təklifdə qeyd olunur ki, ölkədə azalan doğum səviyyəsi belə addımlarla müsbət təsirlənə bilər. Çünki gələcək anaların dəstəklənməsi qadınların ailə qurmaq və uşaq dünyaya gətirmək istəyini gücləndirəcək.

Bundan başqa, deputatlar hamilə qadınlara istənilən mərhələdə dekret məzuniyyəti götürmək hüququ verən ayrıca qanun layihəsini də Dövlət Dumasına təqdim ediblər. Məqsəd isə həm sosial, həm də demoqrafik vəziyyəti yaxşılaşdırmaqdır.

News365.az

Seçilən
8
news365.az

1Mənbələr