AZ

III MDB Oyunları: Gəncədə bu yollar bağlanır

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

III MDB Oyunlarının rəsmi açılış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

Axar.az xəbər verir ki, bu barədə MDB Oyunlarının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, açılış mərasiminin keçiriləcəyi 28 sentyabr tarixində səhər 06:00-dan gecə 00:00-a kimi Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

1. Atatürk prospekti, Teymur Hacıyev küçəsi ilə kəsişməsi

2. Atatürk prospekti, Bakı küçəsi ilə kəsişməsi

3. Atatürk prospekti, Məmməd Alim küçəsi ilə kəsişməsi

4. Atatürk prospekti, Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsi

5. Atatürk prospekti, Bilal Qəhrəmanov küçəsi ilə kəsişməsi

6. Atatürk prospekti, Feyzulla Mirzə küçəsi ilə kəsişməsi

7. Atatürk prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi

8. Atatürk prospekti, Qasım bəy Zakir küçəsi ilə kəsişməsi

9. Atatürk prospekti, Rəsul Rza küçəsi ilə kəsişməsi

10. Atatürk prospekti, Bakı küçəsi ilə kəsişməsi

11. Çingiz Mustafayev küçəsi, Siti Gəncəvi küçəsi ilə kəsişməsi

12. Əşrəf bəy Tağıyev küçəsi, Xəmsə küçəsi ilə kəsişməsi

13. Ömər Faiq Nemanzadə küçəsi, Xəmsə küçəsi ilə kəsişməsi

14. Muxtar Avşarov küçəsi, Şakir Kərimov küçəsi ilə kəsişməsi

15. Məhəmməd Füzuli küçəsi, Bakı küçəsi ilə kəsişməsi

16. Məmməd Adıgözəlov küçəsi, Əşrəf bəy Tağıyev küçəsi ilə kəsişməsi

17. Məmməd Adıgözəlov küçəsi, Turqut Özal küçəsi ilə kəsişməsi

18. Bilal Qəhrəmanov küçəsi

19. Bilal Qəhrəmanov küçəsi, Turqut Özal küçəsi ilə kəsişməsi.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
6
axar.az

7Mənbələr