AZ

"Cavabsız qalan sorğularda olur" - Azər Allahverənov

Milli Məclisin deputatı Azər Allahverənov TV365 kanalına müsahibəsində parlament fəaliyyətindən danışıb.

News365.az xəbər verir ki, o bildirib ki, əsasən deputat sorğularından istifadə edir və göndərdiyi sorğuların böyük əksəriyyətinə cavab verilib:

“Son bir ilin statistikasını yaxın günlərdə açıqladıq. Sorğularımızın böyük hissəsi cavablandırılıb, həllini tapan məsələlər də kifayət qədər çoxdur. Yalnız 3-5 faiz hallarda cavab verilməyib ki, bunun da müxtəlif səbəbləri var. Bəzən yönləndirmələr olur, müəyyən məlumatlar əlavə araşdırmaya gedir və ya məsələ icra prosesində olur”.

Deputat həmçinin qeyd edib ki, bir il ərzində iki nazirliklə birbaşa əlaqə saxlayıb:

“Bir halda sorğu göndərməyimə baxmayaraq, operativ həll üçün telefonla müraciət etdim. Xüsusilə Səhiyyə Nazirliyinə təşəkkürümü bildirirəm, çünki dərhal reaksiya verdilər. Bir vətəndaşın həyati təhlükəsi vardı, təcili əməliyyata ehtiyac duyulurdu. Məsələ operativ həll olundu, proses dərhal başladı və vətəndaşın reabilitasiyası təmin edildi”.

Allahverənov vurğulayıb ki, belə hallarda sorğunun cavabını gözləmək vaxt itkisinə səbəb ola bilər və birbaşa əlaqə vətəndaşların həyatına müsbət təsir göstərir.

Seçilən
12
news365.az

1Mənbələr