AZ

Rusiyada mehmanxanada atışma

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Novosibirsk şəhərindəki "Grand Autograph" otelində atışma olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Şahidlərin sözlərinə görə, bir neçə maskalı şəxs otelin foyesinə daxil olaraq atəş açmağa başlayıblar. Daha sonra maskalılar yaxınlıqdakı ağ rəngli avtomobilə əyləşərək ərazini tərk ediblər.

Az sonra yerli polis orqanları baş verənləri təsdiqləyib, faktla bağlı cinayət işi başlanıb. Atəşin böyük ehtimalla travmatik silahlardan açıldığı bildirilir və kimlərin, hansı məqsədlə törətdikləri araşdırılır.

Qeyd edək ki, basqın zamanı ölüm olmayıb. Otel əməkdaşlarından biri yüngül xəsarət alıb.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr