AZ

Trampdan növbəti tarix qərarı

ABŞ prezidenti Donald Tramp bildirib ki, 1 oktyabrdan etibarən idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq ediləcək.

Döblət başçısının sözlərinə görə, bu addım ABŞ-da yerli istehsalı artırmağa yönəlmiş daha geniş miqyaslı təşəbbüsün bir hissəsidir.

Tramp “Truth Social”da paylaşımında, “Dünyanın başqa yerlərində istehsal olunan bütün ‘Ağır (böyük!) yük maşınları’ daha yüksək vergilərlə üzləşəcək”, – yazıb. Prezident bu qərarını Amerika istehsalçılarını “ədalətsiz xarici rəqabətdən” qorumaq və milli təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırmaqla əsaslandırıb.

O həmçinin əlavə edib: “”Peterbilt”, “Kenworth”, “Freightliner”, “Mack Trucks” və digərləri kimi böyük yük maşını istehsalçıları xarici müdaxilələrin təzyiqindən qorunacaq”.

Seçilən
144
vaxt.az

1Mənbələr